Məktəbdə pis qiymət almasına görə narazılığını bildirən anasını öldürdü


Digərləri 05 Noy 2018 22:38:00 237 0

Məktəbdə pis qiymət almasına görə narazılığını bildirən anasını öldürdü

Florida ştatının hakimiyyət orqanları bazar günü bildiriblər ki, Orlando şəhərinin yaxınlığında yaşayan 15 yaşlı Qreqori Ramos ad-soyadlı yeniyetmə öz anasını qətlə yetirməkdə ittiham olunur.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qreqori Ramos məktəbdə pis qiymət almasına görə narazılığını bildirən anası 46 yaşlı Qeyl Klivengeri cümə günü kəndirlə boğub öldürməsini, sonra isə 17 yaşlı iki dostu ilə köməkləşərək anasının meyitini furqona qoyub yaşadıqları evin arxa həyətində tonqal üçün nəzərdə tutulan yerdə qazıb basdırmasını boynuna alıb. Oğlanlar qadının meyitini basdırandan sonra hüquq-mühafizə orqanlarının işçilərini çaşdırmaq üçün guya oğurluq törədilməsini simulyasiya ediblər.

Bazar günü yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəməyə gəlmiş oğlanlar hələlik bu ittihamlar barədə suallara cavab verməyiblər.