Sənəd itirmisiniz?


Digərləri 05 Noy 2018 22:11:00 217 0

Sənəd itirmisiniz?

"Azərpoçt" MMC-nin "Poçtap" sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azərpoçt"dan bildirilib. Həmin sənədlərdən 339-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 719-u müvafiq strukturlara verilib, 26-ı isə hələ ki "Azərpoçt"un şöbə və filiallarındadır.

"Poçtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.