Alimlər duzun başqa ziyanını tapdılar


Digərləri 05 Noy 2018 22:14:00 285 0

Alimlər duzun başqa ziyanını tapdılar

Yels universitetinin alimləri növbəti tədqiqatın nəticələrini açıqlayıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, açıqlamaya əsasən, duzdan çox istifadə etmək skleroz xəstəliyi riskini artırır.

Tədqiqat zamanı məlum olub ki, duzdan çox istifadə "Wnt" siqnal yolunun aktivləşməsinə səbəb olur. Bu zaman T hüceyrələrinin nizamlayıcısının işi sıradan çıxır. Bu hüceyrələr isə peptid molekulları, interferon-qamma və interleykin-10un əlaqələrini optimal səviyyədə dəstəkləyir. Balansın pozulması isə iltihab prosesinə yol açır. Bu isə təhlükəli xəstəliklərin yaranması ilə nəticələnə bilər.