Sənəd itirmisiniz? - 1084 itirilmiş sənəd tapılıb


Digərləri 05 Noy 2018 22:08:09 223 0

Sənəd itirmisiniz? - 1084 itirilmiş sənəd tapılıb

“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib

Bakı. Hüseyn Vəliyev - "Azərpoçt" MMC-nin "Poçtap" sisitemində 1084 itirilmiş sənəd qeydiyyatdan keçib. Bu barədə Trend-ə "Azərpoçt"dan bildirilib. Həmin sənədlərdən 339-u sahibinə təhvil verilib. Tapılan sənədlərin 719-u müvafiq strukturlara verilib, 26-ı isə hələ ki "Azərpoçt"un şöbə və filiallarındadır. "Poçtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.