Misir piramidalarının ilk araşdırmaçıları Onlar nə axtarırdılar?


Digərləri 05 Noy 2018 21:56:00 286 0

Misir piramidalarının ilk araşdırmaçıları  Onlar nə axtarırdılar?

Dünyanın 7 möcüzəsindən biri də Misir piramidalarıdır. Tarix boyu bu sirli tikililər təqdiq edilsə də, bu günə qədər onların sirri açılmayıb. Bir çox tarix kitablarında piramidaların 18-ci əsrdən sonra tədqiq edildiyi yazılır. Amma əslində bu belə deyil. Misir piramidaları ilk dəfə Xilafət dövründə tədqiq edilib.

Son.az bildirir ki, bu barədə məlumatı "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf verib.

Xilafət dövründə Misirdə dəfinə axtaranlara mutalib adı verilirdi. Misir piramidalarında ilk köklü araşdırma Xəlifə Məmun dövründə aparılıb. Əsasən Sfinks ətrafında aparılan bu araşdırmalarda məqsəd qızıl əldə etmək idi. Xəlifə Məmundan sonra Misirdə Tulunilər, İxşidilər, Fatımilər və Məmlüklər dövründə çox sayda məzar açılmış və sərvətinə dövlət adına əl qoyulmuşdu.