Yeni erməni parlamenti:


Dünya 05 Noy 2018 21:24:00 265 0

Yeni erməni parlamenti:

Ermənistan parlamentində ən azı üç siyasi partiya təmsil oluna bilər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni siyasi texnoloq Karen Köçəryan deyib. Onun sözlərinə görə, parlamentə daha çox Vətəndaş Müqaviləsi Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Respublikaçılar Partiyasının düşəcəyi ehtimal olunur.

O, Paşinyanın keçmiş müttəfiqlərinin toplandığı Luys Blokunun seçkidə uğur qazana bilməyəcəyini deyib:

"Buna səbəb blok daxilində konsensusun əldə olunmamasıdır. Belə ki, blok üzvləri ayrı-ayrılıqda seçkiyə getmək qərarı alıblar ki, bu da onların şanslarını azaldır. Respublikaçılar isə seçkidə uğur qazana bilər. 20 illik partiyanın müəyyən sosial bazası var və onlar 5%-lik baryeri keçəcəklər. Bu partiya növbəti parlamentdə daha radikal mövqe göstərəcək".