Şabalıdın insan orqanizminə


Digərləri 05 Noy 2018 21:18:00 258 0

Şabalıdın insan orqanizminə

Qızıl payızın bəxş etdiyi meyvələrdən biri də şabalıddır. Azərbaycanda şabalıd mətbəxdə daha çox plov və bəzi xörəklərdə istifadə edilir. Bundan başqa şabalıd qovrulmuşunu xoşlamayan demək olar ki, yoxdur.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, şabalıdı yeyərkən həddən artıq qəbul etmək bir sıra problemlərə səbəb ola bilər.

Şabalıdın tərkibində karbonhidrat miqdarı yüksək olduğu üçün 3 ədəd şabalıd bir dilim çörəyə bərabərdir.

Bundan başqa şabalıdın tərkibində dəmir, soda, potasium, maqnezium, sink, A, E və C vitaminləri var. 

Şabalıdın tərkibində potasiumun miqdarı çox olduğu üçün böyrək xəstələri həkimlə məsləhətləşməlidirlər. Diabet xəstələri və arıqlama pəhrizi edənlər şabalıd yeyərkən diqqətli olmalıdırlar. 

Bundan başqa şabalıdı qovuranda alova çox yaxındırsa, kanserogen təsiri göstərə bilər.

100 qram şabalıdın tərkibində 160-180 kalori və 40 qram karbonhidrat var. Şabalıd bu xüsusiyyətlərinə görə insana toxluq hissi verir.

Şabalıdın tərkibindəki A vitamini infeksiyalara qarşı orqanizmi qoruyur. C və E vitaminləri isə immuniteti gücləndirir. Qripə qarşı orqanizmi qoruyur, hüceyrələrin yaşlanmasının qarşısını alır.