Elnarə Abdullayevadan ETİRAF: "Keçmişimdən utanmıram, bostandan çıxıb, toya qaçırdım" FOTO


Şou-biznes 05 Noy 2018 21:03:00 318 0

Elnarə Abdullayevadan ETİRAF: "Keçmişimdən utanmıram, bostandan çıxıb, toya qaçırdım"  FOTO

Əməkdar artist Elnarə Abdullayevanın Son.az-a müsahibəsi.

- Elnarə xanım, kənd qızı şəhər həyatına necə alışdı?

- Kənd qızı şəhər həyatına alışmayıb ki (gülür). Necə var idi, elə də qalıb. Yaşadığım həyətdə kənd ab-havası yaratmışam.

- Məşhurların əksəriyyəti hündürmərtəbəli binalarda yaşayır. Həyət evində yaşamaq öz istəyiniz idi, yoxsa buna məcbur oldunuz?

- Mən bina evində yaşaya bilmərəm. Bir dəfə getdik bina evi almağa, yarıyoldan qayıtdıq. Mərtəbələri çıxanda başım gicəlləndi.

- Keçmişi tez-tez düşünürsünüz?

- Hər insan keçmişinə rahat baxa bilmir. Oğul axtarıram ki, keçmişinə baxıb, səhvlərini görməsin. Mən keçmişə rahat baxıram.

- Heç səhviniz olmayıb?

- Xeyr, heç vaxt!

- Axı səhvsiz insan olmur...

- Həyatımda məni utandıran səhvlər olmayıb. Mən doğulandan elə qoca olmuşam, cavan olmamışam.

- Bəzən deyirlər ki, Elnarə xanım kişi kimi qadındır. Bu söz sizə pis təsir etmir ki?

- Hər bir qadın kişi kimi görünə bilər, amma o hər şeydən öncə zərif qadındır, anadır. Mən kişi işini də görərəm, qadın işini də. O vaxt olsaydı, yəqin ki, Həcər kimi at belində olardım.


Xəbərə aid fotolar