Kim Çenin xanımına qoyduğu qəribə qadağalar


Dünya 05 Noy 2018 21:06:00 314 0

Kim Çenin xanımına qoyduğu qəribə qadağalar

Bir sıra ölkələrdə olduğu kimi, Şimali Koreyada da ölkə başçısı Kim Çen İnin həyat yoldaşı Ri Sol Yunun əməl etməli oluğu qaydalar var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu qaydalardan biri soyad ilə bağlıdır. Başqa ölkələrdən fərqli olaraq Şimali Koreyada ölkə başçısı ilə evlənən xanım soyadı ilə yanaşı, adını da dəyişdirməlidir. Burada əsas məqsəd birinci xanımın keçmişi haqqında informasiyaları gizlətməyə çalışmaqdır.

Ri Sol Yunun əməl etməli olduğu qaydalardan biri də hamiləliyini gizlətməkdir.

Şimali Koreya liderinin övladlarının ictimaiyyətə açıq yerlərdə olması qadağandır. Kim Çen İnin iki qız, bir oğlan övladının fotosu bu vaxta qədər heç bir yerdə yayımlanmayıb.