Cəlilabadda heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı


Digərləri 05 Noy 2018 20:44:00 249 0

Cəlilabadda heyvan bazarında 8 kiloqrama yaxın narkotik aşkarlandı

Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarının həyətində ayaqyolunun arxa tərəfində torbada 3 ədəd bağlama aşkar edilərək götürülüb.

Həmin bağlamalar məhkəmə kimyəvi ekspertizaya təhvil verilib.