Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub


Digərləri 05 Noy 2018 20:50:00 238 0

Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub.

Son.az bildirir ki, Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan söz açıb.

Son illər mövcud istiqamətdə pozitiv tendensiyalar artdığını vurğulayan Ə.Amaşov xüsusən Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqət yönəldib. O bu cəhətin qardaş ölkənin media gündəminə də əsaslı təsir göstərdiyini deyib.

H.Karadeniz həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə jurnalist səfərlərinin sayının daha da artırılmasına ehtiyacın duyulduğunu vurğulayıb. O, Türkiyə səfirliyinin hər zaman bu amili diqqətdə saxladığını bildirib.


Xəbərə aid fotolar