Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub (FOTO)


Digərləri 05 Noy 2018 20:46:00 234 0

Türkiyə səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub (FOTO)

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

Bakı. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub. Şuradan Trend-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumundan söz açıb. Son illər mövcud istiqamətdə pozitiv tendensiyalar artdığını vurğulayan Ə.Amaşov xüsusən Türkiyədən Azərbaycana jurnalist səfərlərinin sayının artmasına diqqət yönəldib. O bu cəhətin qardaş ölkənin media gündəminə də əsaslı təsir göstərdiyini deyib.