BakıQazax yolunda 60 yaşlı kişini naməlum avtomobil vurdu


Digərləri 05 Noy 2018 20:24:00 210 0

BakıQazax yolunda 60 yaşlı kişini naməlum avtomobil vurdu

Bakı-Qazax yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Qovlar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nəsibov Nizami Yusif oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qapalı kəllə-beyin travması alan N.Nəsibov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az