“İrəli” İctimai Birliyi intellektual yarışların regional turnirlərinə start verib


Digərləri 05 Noy 2018 19:20:00 233 0

“İrəli” İctimai Birliyi intellektual yarışların regional turnirlərinə start verib

"Azərbaycan İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.

03.11.18 tarixində "Azərbaycan İntellektual Birİncisi" layihəsinin Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turnirinin açılış mərasimi baş tutub.  Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Tərtər rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov, "İrəli" İctimai Birliyinin Baş Katibi Şahin Rəhmanlı çıxış edib və layihə iştirakçılarına uğur arzulayıblar. Rəsmi hissə bitdikdən sonra Ağdam və Tərtər  rayonlarının gənc intellektuallarının iştirakı ilə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə zona turniri keçirilib. 

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə "Nə? Harada? Nə zaman?", "Vətəni tanı" intellektual oyunlarında Ağdam, "Axtar tap", "Xəmsə" intellektual oyununda Tərtər rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.


Xəbərə aid fotolar