4 il ərzində Azərbaycanda avtomobil istehsalı rekord həddə çatacaq


Digərləri 05 Noy 2018 19:08:00 355 0

4 il ərzində Azərbaycanda avtomobil istehsalı rekord həddə çatacaq

2018-ci ildə Azərbaycanda avtomobil və qoşqu istehsalının həcmi 14,3 milyon manat həcmində proqnozlaşdırılır. Ötən il bu göstərici 0,1 milyon manat təşkil etmişdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

Proqnozlara əsasən, yaxın illərdə avtomobil və qoşqu istehsalı artacaq. Belə ki, bu göstəricinin 2019-cu ildə 31,7 milyon manat, 2020-ci ildə 56 milyon manat, 2021-ci ildə 85,3 milyon manat, 2022-ci ildə isə 113,3 milyon manat həcmində olacağı proqnozlaşdırılır.