Sovet filmlərinin bu məşhur simaları


Digərləri 05 Noy 2018 18:36:00 290 0

Sovet filmlərinin bu məşhur simaları

Hazırda cinsi orientasiyası ilə diqqət çəkən bir çox insana rast gəlmək çox asandır. Buna artıq qeyri-adi baxılmır. Hətta bir çox ölkələrdə eynicinslilərin nikahına icazə də verilib. Şou-biznes nümayəndələri, aktyorlar arasında da bu cür insanlar az deyil. Onlar isə bunu çox nümayiş etdirməkdən qaçırlar. Amma illər əvvələ nəzər salınsa, bu halın hələ 1934-cü illərdə də olduğunu görmək mümkündür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Rusiya mətbuatı sovet dövrünün məşhur lezbiyan və mavilərinin siyahısını hazırlayıb. 

Georgi Millyar - Tamaşaçılar aktyoru nağıl filmlərindən yaxşı xatırlayır. Məhz "Morozko"da Babu-Yaqa obrazını oynayan bu aktyor mavi olub. O, dəfələrlə qadın obrazları canlandırıb. Hətta bir dəfə səhnəyə "Zoluşka" obrazı ilə çıxıb. 1988-ci ildə xalq artisti adı alan aktyora qarşı münasibətlər orientasiyasına görə heç vaxt yaxşı olmayıb. Millyar fransız aristokrat Fransa de Milenin oğlu olub. Onu homoseksual olduğu üçün çox qınayıblar. 

22 yaşında aktrisa ilə evlənən aktyor arvadı hamilə olanda ondan boşanıb. Həmin günə qədər həkimlər ona ata ola bilməyəcyini demişdilər. Haqqında yayılan mavi xəbərlərini ört-basdır etmək üçün aktyor 65 yaşında qonşusu ilə evlənib. 


Xəbərə aid fotolar