Zirə-nin tarixində 30-cu dəfə


İdman 05 Noy 2018 18:23:00 264 0

Zirə-nin tarixində 30-cu dəfə

Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda evdə “Səbail”lə qolsuz heç-heçə edən “Zirə” tarixi ərzində 30-cü dəfə "sülh"ə imza atıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın Premyer Liqadakı 102-ci oyununa təsadüf edib.

“Qartallar” 2015/2016 mövsümündə 11, 2016/2017 mövsümündə 9, ötən çempionatda 8 dəfə meydanı 1 xalla tərk edibsə, cari mövsümdə 2-ci dəfə bərabərliklə kifayətlənib. Bu heç-heçələrdən 14-ü evdə, 16-sı səfərdə qeydə alınıb. “Zirə” ilk dəfə baş məşqçisi Samir Abasovun rəhbərliyi altında heç-heçə edib. Əvvəlki 29 heç-heçədən 15-i Ayxan Abbasov14-ü Adil Şükürovun komandaya rəhbərlik etdiyi dövrdə qeydə alınıb.

Qəsəbə təmsilçisi üç müxtəlif hesablı heç-heçə edib. 16 dəfə 1:1, 4 dəfə 2:2 hesabına imza atan komanda 10-cu dəfə meydanı qolsuz bərabərliklə tərk edib. Əvvəlki qolsuz matçlardan 6-sı 2015/16, 1-i 2016/17, 2-i 2017/18 mövsümündə reallaşıb.

Qeyd edək ki, hazırda "Zirə" 5 xalla sonuncu pillədə qərarlaşıb.