Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Prezidentin fəxri diplomu ilə təltif edilib


Siyasət 05 Noy 2018 18:17:00 291 0

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Prezidentin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı

Məmməd Tahirə Qəşəm qızı.

Son.az