Qazaxıstan klubu Arşavinlə yolları ayırdı


İdman 05 Noy 2018 18:00:00 212 0

Qazaxıstan klubu Arşavinlə yolları ayırdı

Qazaxıstanın Kayrat klubu Rusiya millisinin sabiq üzvü Andrey Arşavinlə yollarını ayırıb.

Goal.az 

xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kayrat-ın çempionatın 33-cü turunda evdə "Şaxtyor"la (Karaqanda) qarşılaşacağı matçda Arşavin üçün vida mərasimi təşkil ediləcək.

2016-cı ildə Kuban-dan Kayrat-a transfer edilən Arşavin, 3 mövsüm ərzində Qazaxıstan təmsilçisinin forması ilə çıxdığı 100 oyunda 30 qol vurub və 37 məhsuldar ötürmə edib.

Peşəkar karyerasına Rusiyanın Zenit klubunda başlayan 37 yaşlı hücumçu, 2009-cu ildə 16 milyon avroya Arsenal-a transfer edilib.