Göygöl və Sabirabadda mal-qara oğruları saxlanılıblar


Digərləri 05 Noy 2018 17:54:00 247 0

Göygöl və Sabirabadda mal-qara oğruları saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabulaq kəndinin otlaq sahəsindən kənd sakini E.Qurbanova məxsus 7 baş inəyi oğurlamağa cəhd göstərmiş, 6 rayon sakininə məxsus ümumilikdə 8 rəst atı və 8 baş inəyi oğurlamaqda şübhəli builinən Toğana kənd sakini, əvvəllər məhkum olunmuş Nicat Heydərzadə və Göygöl şəhər sakini Eldəniz İsrafilov saxlanılıblar. Polis əməkdaşları tərəfindən onların digər analoji əməllərinin də üstü açlılıb. Belə ki, onların cari ilin avqust və oktyabr aylarında rayonun Çaykənd və Quşçu kəndlərinin 5 sakininin ümumilikdə 13 baş inəyini otlaq sahələrindən oğurladıqları da müəyyən edilib.