Rufiz Qonaqov: Azərbaycan televiziyası cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır


Digərləri 05 Noy 2018 17:46:00 213 0

Rufiz Qonaqov: Azərbaycan televiziyası cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır

Noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramıdır.

Bakı. Noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramıdır. Trend bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun məqaləsini təqdim edir. Televiziya və radio insan həyatının ayrılmaz hissəsidir. Elm və texnologiyanın müasir inkişaf səviyyəsi televiziyanın cəmiyyətdəki rolunu daha da artırır. Bu gün dünyada internet və informasiyalı cəmiyyət inkişaf edir, yeni trendlər meydana çıxır, sosial şəbəkələr və onlayn media vaxtilə teleradioların üzərinə götürdüyü öhdəliklərin bir hissəsini mənimsəməyə başlayır. Bu pozitiv rəqabət meydanında hər bir informasiya mənbəyi yalnız kreativ ideyalar, yeni modern televiziya üslubu, cəmiyyətlə təmasın daha universal modellərini təqdim etməklə qalib gələ bilər. Bu baxımdan yeni dövrdə televiziyalar yeni çağırışlara adaptasiya olmaq üçün bir sıra yenilikçi ideyalara əl atırlar. Həyatımızda baş verən istənilən texnoloji dəyişikliklər fonunda belə televiziyanın rolu əvəzolunmazdır. Televiziya bu gün cəmiyyətin sosiallaşması prosesində iştirak payını sürətlə artırmaqdadır. Bu mənada, Azərbaycan televiziyası sosiallaşma kampaniyasının önündə gedən avanqard rolunu müvəffəqiyyətlə yerinə yetirir. Şərq aləmində ilk olan Azərbaycan televiziyası yarandığı gündən milyonlarla tamaşaçı auditoriyası toplayıb. Xalqımızın siyasi və mədəni həyatında olduqca önəmli çəkiyə malik Azərbaycan televiziyası rəngarəng proqramları ilə tamaşaçıların ən müxtəlif sahələrdə maariflənməsini təmin edir. Müasir dünyamızda baş verən mürəkkəb proseslər, münaqişələr, siyasi konfrontasiyalar, qloballaşmanın yaratdığı yeni stereotiplər cəmiyyətə obyektiv və dolğun informasiyanın çatdırılmasına xeyli əngəllər yaradır. Transmilli korporasiyaların nəzarəti altında olan bəzi nüfuzlu teleradiolar artıq qərəzsizlik funksiyasını kənara qoyaraq müəyyən siyasi dairələrin maraqları çərçivəsində hərəkət edir. Bu reallıq əsas vəzifəsi obyektiv məlumat çatdırmaqdan ibarət olan digər dünya televiziyaları üçün ciddi problemlərə gətirib çıxarır. Eyni zamanda, bu, informasiya təhlükəsizliyinin təmini ilə bağlı cəmiyyətdə müəyyən çətinliklər yaradır. Televiziya məlumatı öz auditoriyasına obyektiv, qərəzsiz, operativ şəkildə çatdırmağa borcludur. Bu, ictimaiyyətin onlardan olan gözləntisidir. Əgər televiziya kanalları adını çəkdiyimiz meyarlardan uzaqlaşaraq populizm, şou, sensasiya arxasınca gedərsə, o zaman həmin informasiya mənbəyi peşəkarlıq və məsuliyyət hissindən uzaqlaşaq ki, bu da həmin KİV vasitəsinin reytinq dərəcəsinə sarsıdıcı zərbə vura bilər. Bu günlərdə növbəti ildönümünü qeyd edən Azərbaycan televiziyası sözün əsl mənasında bütün Azərbaycanın televiziyası olduğunu ortaya qoyduğu fəaliyyəti ilə illərdir sübuta yetirir. Müasir dövrün reallıqları bəzi hallarda televiziyalardan ehkamlardan uzaqlaşaraq kosmopolit yanaşma tərzinə keçməyi tələb edir. Lakin əsl milli televiziya heç bir şərt altında milli-mental dəyərlərdən imtina edərək trend və reytinq arxasınca qaçmaz. Azərbaycan televiziyası da yarandığı gündən indiyədək məhz millli-mənəvi dəyərlərin keşiyində dayanaraq xalqa sədaqətlə xidmət edir, onun görmək istədiyi dəyərləri təbliğ edir, təkcə mahiyyəti ilə deyil, məzmunu ilə də milli xarakter daşıdığını nümayiş etdirir. Milli televiziyamızın ekranlarına gətirilən proqramlar, bu proqramların peşəkar jurnalistlər tərəfindən hazırlanması, ziyalı sözünə verilən dəyər bir daha təsdiqləyir ki, belə televiziya cəmiyyətin maariflənməsində, gənc nəslin vətənpərvər və sağlam ruhda böyüməsində, milli və dövləti maraqlarımızın qorunmasında müstəsna rol oynayır. Minlərlə jurnalistin yetişməsi üçün həqiqətən də “məktəb” funksiyasını yerinə yetirən Azərbaycan televiziyası bu gün də öz xeyirxah və humanist fəaliyyət xəttini uğurla davam etdirir. Beləliklə, Azərbaycan televiziyası azərbaycançılığın geniş, sistemli, davamlı efir məkanıdır. Bu efir məkanının fəaliyyətini aşağıdakı mərhələlərə bölmək olar: 1. 1956 –1970–ci illərədək olan mərhələ; 2. 1970 – 1988-ci ilədək olan mərhələ;