Azərbaycanda 138 qanunsuz miqrant saxlanılıb (FOTO)


Digərləri 05 Noy 2018 17:31:00 307 0

Azərbaycanda 138 qanunsuz miqrant saxlanılıb (FOTO)

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 əcnəbi saxlanılıb

Bakı. Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 nəfər əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 9 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub. Saxlanılmış 17 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 120 əcnəbinin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.