Velosiped üzrə Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib


Digərləri 05 Noy 2018 17:37:00 90 0

Velosiped üzrə Federasiya Kuboku yarışının qalibləri müəyyənləşib

2018-ci ilin təqvim planına əsasən, Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı – Federasiya Kuboku yarışı keçirilib.

Bakı. 2018-ci ilin təqvim planına əsasən, Respublika Velotrekində mövsümün trek növü üzrə sonuncu sınağı – Federasiya Kuboku yarışı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, federasiya və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-ə yaxın idmançısı 5 növdə qalibi müəyyən edib. Elit, U-23 və gənc oğlanların eyni qrupda mübarizə apardığı keyrin yarışlarında yığma komandamızın lider idmançısı Sergey Omelçenko bütün rəqiblərindən güclü olub. “Neftçi” İdman Klubunun nümayəndəsi Mahmud Məmmədov bu yaş kateqoriyasında 1 km məsafəyə fərdi ötüşmədə 1-ci yeri tutub. Çıxmaq şərti ilə qrup ötüşməsində isə Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Nəcəf Bağırov digər rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə çempion olub. 15 və 17 yaşadək qızlar arasında 1 km məsafəyə fərdi ötüşmədə müvafiq olaraq 7 saylı Olimpiya Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Gülşən İsmayılova və Elfanə Camalova hamını qabaqlayıb. 15 yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Mustafa Muxtarlı 1 km, 17 yaşadək idmançılar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sitov 2 km məsafəyə fərdi ötüşmə yarışında fərqlənib. Yeri gəlmişkən, Nikita Sitov həmçinin 8500 metr məsafəyə skretç yarışında da çempionluq sevinci yaşayıb. 17 yaşadək qızların 5000 metr məsafəyə skretç yarışı isə 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Viktoriya Sidorenkonun qələbəsilə yekunlaşıb. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər.
6 il əvvəl törədilən cinayətin üstü açıldı like
  • 05 Noy 17:36  
Digərləri 6 il əvvəl törədilən cinayətin üstü açıldı

Bakıda 6 il əvvəl törədilən cinayətin üstü açılıb.

arrow Ətraflı
Azərbaycanda 138 qanunsuz miqrant saxlanılıb (FOTO) like
  • 05 Noy 17:31  
Digərləri Azərbaycanda 138 qanunsuz miqrant saxlanılıb (FOTO)

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 əcnəbi saxla

arrow Ətraflı
HHQnin Bölmələrin idarəedilməsi və texnikinəzarət mərkəzinin açılışı oldu like
  • 05 Noy 17:28  
Digərləri HHQnin Bölmələrin idarəedilməsi və texnikinəzarət mərkəzinin açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Ahmet Kural Baş Prokurorluğa getdi like
  • 05 Noy 17:24  
Digərləri Ahmet Kural Baş Prokurorluğa getdi

Müğənni Sılaya qarşı şiddət göstərməkdə ittiham olunan aktyor Ahmet

arrow Ətraflı
Şəmkirdə minik avtomobili yanıb like
  • 05 Noy 17:21  
Digərləri Şəmkirdə minik avtomobili yanıb

Şəmkir rayonunun Keçili kəndində “VAZ” markalı minik avtomobilinin yan

arrow Ətraflı
Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb like
  • 05 Noy 17:20  
Digərləri Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb

Bərdə rayonunda ikimərtəbəli, 10 otaqlı ev yanıb.

arrow Ətraflı
Prokuror baldızını bıçaqlayan şəxsə 15 il cəza istədi like
  • 05 Noy 17:14  
Digərləri Prokuror baldızını bıçaqlayan şəxsə 15 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə

arrow Ətraflı
Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan etdi like
  • 05 Noy 17:12  
Digərləri Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə or

arrow Ətraflı
Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu like
  • 05 Noy 17:08  
Digərləri Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. 

arrow Ətraflı
Noyabrın 6-na manatın məzənnəsi like
  • 05 Noy 17:05  
Digərləri Noyabrın 6-na manatın məzənnəsi

Noyabrın 6-na manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar like
  • 05 Noy 17:04  
Digərləri YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar

"2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək burax

arrow Ətraflı
Rusiyada körpü uçdu - 8 yaralı like
  • 05 Noy 16:59  
Digərləri Rusiyada körpü uçdu - 8 yaralı

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində təmiri davam edən körpü uçub

arrow Ətraflı