Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan etdi


Digərləri 05 Noy 2018 17:12:00 262 0

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.

Mərkəzdən Son.az-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti dekabrın 5-dək davam edəcək.

Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər.

Müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (530 vəzifə) tərəfindən təqdim olunub.