Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb


Digərləri 05 Noy 2018 17:20:00 258 0

Bərdədə 2 mərtəbəli, 10 otaqlı ev yanıb

Bərdə rayonunda ikimərtəbəli, 10 otaqlı ev yanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib. 

Belə ki, kənd sakini Susəndə Azay qızı Quliyevaya məxsus ikimərtəbəli, 10 otaqlı ev əşyaları ilə birlikdə yanıb. 

Ev sahibinin sözlərinə görə, hadisə elektrik qısaqapanması səbəbindən baş verib. Evin birinci mərtəbəsindən başlayan yanğın qısa müddət ərzində genişlənərək bütün otaqlara keçib. Hadisə zamanı evin bütün əşyaları yanaraq külə dönüb. Mənzildə iki gəlinin cehizlik əşyaları olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: