YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar


Digərləri 05 Noy 2018 17:04:00 256 0

YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar

"2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığı yoxlanılmayacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması nəzərdə tutulub:

"Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır. Bu ildən 9-cu siniflər üçün 3-cü - xarici dil də imtahan fənlərinin siyahısına daxil edilib. Xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacaq. Hesab edirik ki, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmayıb. Ona görə də yeni modeldə essenin yazılması nəzərdə tutulmayıb".