Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu


Digərləri 05 Noy 2018 17:08:00 212 0

Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.

Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi digərlərinki isə normal qiymələndirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni