Metronun bu stansiyasına girişçıxış bağlanır


Digərləri 05 Noy 2018 16:48:00 233 0

Metronun bu stansiyasına girişçıxış bağlanır

Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq.

Son.az bildirir ki, "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.