Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Hollandiyaya gedib


Digərləri 05 Noy 2018 16:46:37 259 0

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Hollandiyaya gedib

Nümayəndə heyətinin Avropaya səfəri davam edir

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Benilüks Azərbaycanlıları Konqresinin IV Qurultayında iştirak edib. Komitədən Trend-ə verilən məlumata görə, təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin təşkili zəruriliyinin vurğulandığı Qurultayda Elsəvər Məmmədov Benilux Azərbaycanlıları Konqresinin (BAK) sədri seçilib. Qurultaydan sonra Hollandiyada təhsil alan tələbələrlə görüş keçirilib. Haaqadakı Azərbaycan səfirliyində keçirilən görüşdə tələbələrə diaspor fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar verilib. Dövlət Komitəsi tərəfindən hazırlanmış promovideolar, görülən işlərə dair videoçarx təqdim edilib, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Tələbələr diaspor fəaliyyətinə dəstək verməyə və ölkəmizə dair həqiqətlərin daha geniş yayılmasında əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.