Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan edib


Digərləri 05 Noy 2018 16:29:08 220 0

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün yeni müsahibə elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (126 vəzifə) və B (612 vəzifə) növünə aid olan 738 vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə elan edir. Mərkəzdən Trend-ə verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti dekabrın 5-dək davam edəcək. Müsahibədə iştirak etmək istəyən namizədlər əldə etdikləri sertifikata uyğun gələn vakant vəzifələrin müsahibəsində iştirak edə bilərlər.