Bağça müdiri məhkəmə zalında həbs edildi


Digərləri 05 Noy 2018 16:16:00 211 0

Bağça müdiri məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə ev dustaqlığında olan T. Bağırova barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, T.Bağırova və müdir müavini A.Əliyeva "Şamaxinka" adlanan ərazidə yeni açılacaq uşaq bağçasına bir qrup şəxsi işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.