Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək


Digərləri 05 Noy 2018 15:26:00 208 0

Vüqar Rəhimzadə: Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək

Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək.

Bakı. Elçin Mehdiyev - “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək. Bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Baş redaktor qeyd edib ki, bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir: