"Vur, komandir, vur!"un qəhrəmanı: "Kənan M.M dedi ki, sizə bənzəməyə çalışırıq"


Digərləri 05 Noy 2018 15:09:00 324 0

"Vur, komandir, vur!"un qəhrəmanı: "Kənan M.M dedi ki, sizə bənzəməyə çalışırıq"

2014-cü ildə Azərbaycan sərhəddini pozan erməni helikopterini vuran və "Vur, komandir, vur!" şüarı ilə məşhurlaşan keçmiş hərbçi İlkin Muradov Kənan M.M-in çəkildiyi "Savaşçı" serialında həmin ifadəni işlətməsinə münasibət bildirib.

Milli/Az xəbər verir ki, İ.Muradov ölkə.az-a bildirib ki, bu barədə səhərə yaxın məlumat əldə edib.

"Səhər yaxın dostlar həmin videonu göndərdilər ki, bax. Baxdım və çox xoş oldu ki, hələ də bizim kimi oğlanları unutmayıblar. Facebook-da Kənanın özünə yazdım və təşəkkürümü bildirdim. O da yazdı ki, biz sizə bənzəməyə çalışırıq", - Muradov qeyd edib.

İ.Muradov hazırki iş yeri barədə də danışıb: