MDB metro işçiləri Rusiyada toplaşıb


Digərləri 05 Noy 2018 15:04:00 176 0

MDB metro işçiləri Rusiyada toplaşıb

Rusiyanın Sankt-Peterburq şəhərində MDB məkanı ölkələrinin “Metro” Beynəlxalq Assosiasiyasına üzv metropolitenlər və müəssisələrin baş mühəndislərinin texniki şurasının yığıncağı keçirilib.

Bakı. Samir Əli - Rusiyanın Sankt-Peterburq şəhərində MDB məkanı ölkələrinin “Metro” Beynəlxalq Assosiasiyasına üzv metropolitenlər və müəssisələrin baş mühəndislərinin texniki şurasının yığıncağı keçirilib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, "ES- Servis" QSC və Peterburq Metropoliteninin bazasında təşkil edilmiş müşavirədə “Bakı Metropoliteni” QSC-ni istismar üzrə baş mühəndis Əlixan Osmanov təmsil edib. Tədbirin əsas mövzusu müasir metro vaqonları və eskalator kompleksləri olub. Tədbirdə eskalatorların hazırlanması və istehsalı, elektrik mühərriklərinin yeni layihələri, təhlükəsizlik qaydaları, həmçinin digər norma və qaydalara edilən dəyişikliklər də müzakirə olunub. Müşavirə iştirakçıları "ES- Servis" QSC-nin, "Çerqos" ASC-nin istehsalat sahələri, Peterburq metropoliteninin yeni stansiyaları və innovativ avadanlıqlarla tanış olublar.