Maşın bazarında qiymətlər "əl yandırır" VİDEO


Digərləri 05 Noy 2018 14:55:00 195 0

Maşın bazarında qiymətlər "əl yandırır"  VİDEO

Bakının Badamdar qəsəbəsində yerləşən "Maşın bazarı"nda qiymətlər, necə deyərlər, od tutub yanır. Satışda istənilən markada avtomobil olsa da, alıcı tapılmır. Xüsusilə son aylarda avtomobillərin qiymətində 1000-2000 manat arası artım müşahidə olunub.

Qiymət artımı ən çox "Mercedes" və "Hundai" markalı avtomobillərdə üstünlük təşkil edir. Bazardakı insanların, demək olar ki, 80 faizini təşkil edən satıcılar da vəziyyətdən məmnun deyillər. Bazara gələn tək-tük alıcılar isə qiymətlərin həddən artıq baha olmasından narazıdırlar.

Son.az bakutv-nin maşın bazarında son vəziyyətlərlə bağlı həmin reportajını təqdim edir: