Azərbaycanda 200 min tona yaxın pambıq yığılıb


Digərləri 05 Noy 2018 14:42:00 266 0

Azərbaycanda 200 min tona yaxın pambıq yığılıb

Azərbaycanda yeni mövsümdə sahələrdən 193892 ton pambıq yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Yığılan pambığın 108641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43880 tonu "Azərpambıq ASK" MMC-nin 25936 tonu "P-Agro" MMC-nin, 9960 tonu "Aqro-Az MMC" və "Goran Cotton" MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.


Xəbərə aid foto