Müəllim şagirdi vəhşicəsinə döydü VİDEO FOTO


Dünya 05 Noy 2018 14:33:00 280 0

Müəllim şagirdi vəhşicəsinə döydü  VİDEO  FOTO

Sinif otağında şagirdlərin gözü qarşısında onu təhqir edən oğlanı vəhşicəsinə döyən musiqi müəllimi saxlanılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Meyvud şəhərində yaşayan 64 yaşlı Marston Riley şagirdini yumruqladığına görə tutulub.

Hadisə Maywood Academy High School-da günorta saatlarında baş verib. Başqa şagird həmin anları mobil telefonla kameraya çəkib.

Videoya görə müəllimi qəzəbləndirən şagird olub. O, müəllimini qaradərili olduğuna görə təhqir edib. Lakin Marston onu başa salmaq əvəzinə vəhşicəsinə döyüb.


Xəbərə aid fotolar