Abşeronda saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb


Digərləri 05 Noy 2018 14:32:00 229 0

Abşeronda saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan saxta əskinaslar götürülüb.

Bakı. Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan saxta əskinaslar götürülüb. DİN-dən Trend-ə verilən məlumata görə, cari il oktyabr ayının 28-də Xırdalan şəhər sakini G.Hüseynova Abşeron RPİ-yə müraciət edərək oktyabrın 27-də şəhər ərazisindəki satıcı işlədiyi şirniyyat evinə gəlmiş naməlum qadının aldığı şirniyyatın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib. Noyabrın 2-də Masazır qəsəbə sakini Adilə Sadıqova Abşeron RPİ-yə müraciət edərək həmin gün qəsəbə ərazisində səyyar ticarətlə məşğul olarkən naməlum qadının aldığı balığın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.