Maqnit qasırğası başlayıb: Fəsadlarını azaltmaq üçün bunları edin


Digərləri 05 Noy 2018 14:24:00 250 0

Maqnit qasırğası başlayıb: Fəsadlarını azaltmaq üçün bunları edin

Geomaqnit sahə son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb.

Bakı. İlhamə İsabalayeva - Geomaqnit sahə son 24 saat ərzində müsbət qütblülüyə malik CH HSS effektindən əvvəl CIR-in Yerə çatması səbəbindən G1 (Minor) qasırğa səviyyəsinə çatıb. AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, G1 qasırğa səviyyəsi əsasən noyabrın 4-də müşahidə edilib. Günəş aktivliyinin növbəti 5-7 noyabr tarixlərində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir. Proqnoz dövründə ilk gün (5 noyabr) geomaqnit sahədə qasırğa səbəbi G1-G2 (Minor - Moderate) səviyyəsinə qədər qalxacaq. Növbəti gün (6 noyabr) bu qasırğa səviyyəsinin davam edəcəyi, 7 noyabr tarixində isə nisbətən zəifləyəcəyi gözlənilir. Lakin sonuncu proqnoz günü də (7 noyabr) fasilərlə həyəcanlanmaların olacağı istisna edilmir.