Son 28 ildə Azərbaycanda 77 mindən çox qız


Digərləri 05 Noy 2018 14:10:00 213 0

Son 28 ildə Azərbaycanda 77 mindən çox qız

Son 28 ildə Azərbaycanda 77 997 nəfər qız 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.

Dövlət Statistika Komitəsindən Son.az-a verilən məlumata görə, son 28 il ərzində hər il orta hesabla yaşı 18-dək olan 2785 qız rəsmi nikaha daxil olub. Yaşı 18-dək rəsmi nikaha daxil olan qızların sayında ən yüksək göstərici 1993-cü ildə olub. Həmin ildə 5044 qız yaşı 18 olanadək rəsmi nikaha daxil olub.

Son 28 ildə Azərbaycanda 683 nəfər oğlan (hər il orta hesabla 24 nəfər) 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.

Ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 1993-cü ildə qeydə alınıb.