Əfqanıstanda "Taliban"la toqquşma:


Dünya 05 Noy 2018 14:19:00 241 0

Əfqanıstanda "Taliban"la toqquşma:

Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində təhlükəsizlik qüvvələri ilə "Taliban" silahlıları arasında toqquşma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, eyni zamanda iki bölgədə qeydə alınmış toqquşmalar nəticəsində 13 polis və hərbçi həlak olub.

Hoqyani dairəsində 8 hərbçi həlak olub, daha 3 nəfər isə yaralanıb. Malistan dairəsində isə 5 polis əməkdaşı hücumun qurbanı olub.