Azərbaycanda yeni mövsümdə 194 min tona yaxın pambıq yığılıb (FOTO)


Digərləri 05 Noy 2018 14:06:00 257 0

Azərbaycanda yeni mövsümdə 194 min tona yaxın pambıq yığılıb (FOTO)

Azərbaycanda yeni mövsümdə sahələrdən 193 892 ton pambıq yığılıb.

Bakı. Azərbaycanda yeni mövsümdə sahələrdən 193 892 ton pambıq yığılıb. Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, yığılan pambığın 108 641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43 880 tonu “Azərpambıq ASK” MMC-nin 25 936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.