Bakıda "Honor 8X" smartfonu təqdim edildi
Digərləri 05 Noy 2018 13:45:00 255 0
Dünən Bakıda "Honor 8X" smartfonu təqdim edildi. "Honor 8X" telefonu həm dizaynı, həm də qiymətilə güclü bir rəqib kimi görünür. Satışdakı 800 manat civarındakı telefonların parametrlərinə malik olan bu telefon 599 manata satılacaq.
"İrşad Electronics" şirkəti yerli telefon bazarında öz yerini "Honor" telefonları ilə möhkəmləndirir. 3 ay əvvəl Çinin keyfiyyətli ağılllı telefon istehsalçısı "Honor"un eksklüziv distribütoru olan "İrşad Electronics", bu gündən yeni "Honor 8X" telefonunun da satışına başlayır.
4 noyabr 2018-ci il tarixində "Bulvar" oteldə "İrşad Electronics" şirkəti tərəfindən "Honor 8X" telefonunun təqdimatı keçirilib. Təqdimatda şirkətin 700 civarında olan dilerlərinin nümayəndələri iştirak edib.
"HONOR" ÖZÜNÜ DOĞRULDUB"
Təqdimatdan öncə "İrşad Electronics" şirkətinin Marketinq şöbəsinin rəhbəri Elnur Kərimov "Marja"ya bildirdi ki, respublikamızda "Honor" telefonlarının pərakəndə satışı ilə bərabər topdan satışını da "İrşad Electronics" şirkəti həyata keçirir:
"Çinin "Honor" şirkəti 2013-cü ildə fəaliyyətə başlayıb. Artıq şirkətin telefonları Çin, Hindistan, Rusiya, İtaliya, Finlandiyada satış lideridir. Ötən il ABŞ-da "Black Friday"də "Honor" telefonlarının satışı ciddi artım göstərdi. "Honor" özünü doğruldub. Davamlı inovatif texnologiyalardan istifadə edilməsi, estetik dizaynlar və yaxşı keyfiyyət "Honor" telefonlarına marağı artırır."Honor" şirkəti münasib qiymətə geniş funksiyalı telefonlar istehsal edir. Şirkət, 2020-ci ildə ilk beş, 2022-də isə ilk üç ağıllı telefon markasından biri olmağı hədəfləyir".
SATILAN HƏR 10 TELEFONDAN 5-İ "HONOR"DUR
Elnur Kərimov əlavə etdi ki, "Honor" telefonları artıq bir çox Azərbaycan alıcısına məlumdur. Hazırda "Honor 7A" , "Honor 7A Pro", "Honor 7C", "Honor 7C Pro", "Honor 9 Lite" və "Honor 10" telefonları satışdadır. Noyabrın 5-dən isə "Honor 8X" modelinin satışı başlayacaqdır:
"Hazırda "İrşad Electronics" ən çox "Honor" telefonlarını satır. Belə ki, satdığımız telefonların təxminən 50%-i "Honor" markasına aiddir. Hədəfimiz "Honor"u cəmi satışlarımızın 70%-nə qaldırmaqdır".
"HONOR"UN DAHA ÇOX SATILMASININ 2 SƏBƏBİ
Elnur Kərimov qeyd etdi ki, "Honor" telefonlarının daha çox satılmasının 2 səbəbi var:
"Birincisi geniş funksiyalı telefonları münasib qiymətə təklif edirik. Markanın ən güclü modeli "Honor 10"dur. 999 manata satdığımız "Honor 10" modeli bazardakı 1500 manatlıq telefonların parametrlərinə malikdir. Bu gün təqdim etdiyimiz "Honor 8X"in satış qiyməti isə 599 manatdır. Buna baxmayaraq satışdakı təxminən 800 manat civarında olan telefonların parametrlərinə malikdir. Ümumiyyətlə, "Honor" telefonlarının qiymətləri 269 mantdan başlayır. Ən ucuz model "Honor 7A"dır.
Satışın artmasının ikinci səbəbi davam edən kampaniyadır. Kampaniyanın şərtlərinə görə,"Honor" telefonlarını ilkin ödənişsiz, faizsiz və komissiyasız 12 aylıq hissə-hissə ödənişlərlə təklif edirik. Bundan başqa, "Kapital Bank" ilə də əməkdaşlıq edirik. Belə ki, noyabr ayının sonunadək "1 Kart"lılar "Honor" telefonunu nağd qiymətinə 18 ay hissə-hissə ödəməklə əldə edəcəklər.
1 İL ZƏMANƏT VERİLİR
Elnur Kərimov bildirdi ki, "İrşad Electronics" "Honor" telefonlarına 1 il zəmanət verir və bütün servis xidmətlərini həyata keçirir.