Elmar Vəliyevin bazarı BAĞLANDI


Digərləri 05 Noy 2018 13:36:00 283 0

Elmar Vəliyevin bazarı BAĞLANDI

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevlə bağlı bəzi yeni məlumatlar var. 

Son.az modern.az-a istinadən xəbər verir ki, E.Vəliyev oktyabrın 31-də dünyasını dəyişən qayınanasının Yevlaxda keçirilən yas mərasimində iştirak etdikdən sonra Gəncəyə gedib.

Əldə etdiyimi məlumatda bildirilir ki, Elmar Vəliyevin Gəncədəki obyektlərindən istifadəsinə qadağa qoyulub. Hazırda Vergilər Nazirliyinin əməkdaşları onun ticarət obyektlərində yoxlamlar aparır. Ən diqqətçəkən məqam isə Elmar Vəliyevin nəzarətində olan təzə bazarla bağlıdır.

Heç kimə sirr deyil ki, sabiq başçının dövründə sovetlər dönəmində "mərkəzi kolxoz bazarı" kimi tanınan "Gəncə bazarı"nda çalışan sahibkarlar sıxışdırılıb, onlardan izafi haqlar toplanıb, eyni zamanda ərazidən çıxmaları tələb olunub.

Məqsəd E.Vəliyevin Gəncədəki "Grand Qafqaz" ticarət mərkəzinin daha geniş şəkildə fəaliyyət göstərməsinə, digər bazarların qapadılaraq, bura köçürülməsinə nail olmaq idi. Məhz bu fəaliyyət nəticəsində ilin əvvəlində digər bazarlardakı ticarətçilərin narazılıqları geniş vüsət almışdı.