Siqaret qutusunda narkotik maddələr aşkarlandı


Digərləri 05 Noy 2018 13:02:00 237 0

Siqaret qutusunda narkotik maddələr aşkarlandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları - mobil telefon və tamlığı pozulmamış 2 ədəd "Kent" markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib.

Baxış zamanı bir ədəd "Kent" markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində "Z40" nişanəsi olan metadon həbləri aşkarlanıb.