Bakıda “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı” keçirilir FOTO


Digərləri 05 Noy 2018 13:03:11 266 0

Bakıda “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı” keçirilir  FOTO

Bakıda "Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı" işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Fələstin tərəfinin müraciəti əsasında Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu bildirib. Azərbaycanın Fələstin xalqının sülh, sabitlik və davamlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı dəstəklədiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllinin davamlı olaraq dəstəklədiyini ifadə edib.

Ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirməsi üzrə ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və beynəlxalq konfransa ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Habelə Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman onun yanında olduğunu və İslam həmrəyliyinə sadiq qaldığını xatırladan nazir ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə ölkəmizin cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyini bildirib.

E.Məmmədyarov tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və onun nəticələri barədə məlumat verib, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə əlaqədar 4 qətnaməsi hələ də yerinə yetirilməyib.


Xəbərə aid fotolar