Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır FOTO


Digərləri 05 Noy 2018 13:06:00 244 0

Lerikdə 11 nəfər 100 və daha yuxarı yaşdadır  FOTO

Hazırda Lerik rayonunda 1064 nəfər 80 və daha yuxarı yaşda olan insan yaşayır.

Son.az xəbər verir ki, bunu report-a açqılamasında Lerik Rayon Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyib.

Onun sözlərinə görə, 110 nəfər 90 və daha yuxarı, 11 nəfər isə 100 yaş və daha yuxarı yaşdadır: "11 nəfərin içərisində üç nəfər 99 yaşındadır. Yəqin ki, onlar da artıq 100 yaşa keçiblər".

Direktor qeyd edib ki, dağlıq rayonlarda yaşayan insanlar uzunömürlü olurlar: "Çünki dağın havası və suyu təmizdir. Həmçinin burada insanlar çox hərəkətdə olurlar. Eyni zamanda, dağlıq ərazilərdə yaşayan insanlar ağartı qida məhsullarına üstünlük verirlər. Burada həmçinin genetikanın rolu böyükdür".

"Aparılan statistik hesablamalara görə, qadınlar kişilərə nisbətən daha uzunömürlü olurlar. Çünki onlar daha çox hərəkətdə olur və stress yaşayanda ağlayaraq hisslərini büruzə verə bilirlər", - o əlavə edib.


Xəbərə aid fotolar