Azər Türk Bankdan metro işçilərinə 18%-lə kredit


Digərləri 05 Noy 2018 13:05:53 234 0

Azər Türk Bankdan metro işçilərinə 18%-lə kredit

Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank Bakı Metropoliteninin istismara verilməsinin 51-ci ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.

Bakı. Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank Bakı Metropoliteninin istismara verilməsinin 51-ci ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib. Bank 5 noyabr tarixindən etibarən "Bakı Metropoliteni" QSC-nin əməkdaşlarına xüsusi güzəştli şərtlərlə nağd kreditlər tərklif edir. Kampaniya ərzində 3 aydan 36 ay müddətinə qədər rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 18%-dən başlayır. Həmçinin, kredit üzrə komissiya xərclərinə 50 faiz güzəşt nəzərdə tutulub. Verilən kreditin maksimal məbləği 10 000 AZN-dir.