Göyçayda XIII Nar festivalı


Digərləri 05 Noy 2018 12:44:00 276 0

Göyçayda XIII Nar festivalı

Göyçayda XIII Nar festivalı keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər.

Festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxır, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edirlər.