Bərdədə şirkətdən oğurluq edərək polisi aldadan şəxs saxlanılıb


Digərləri 05 Noy 2018 12:29:00 195 0

Bərdədə şirkətdən oğurluq edərək polisi aldadan şəxs saxlanılıb

Bərdədə polisə yalan məlumat verilən şəxs saxlanılıb

Bakı. Bərdədə polisə yalan məlumat verilən şəxs saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.